DÇ-2026: püşkatmanın vaxtı və məkanı məlum olub
30.07.2025 - 09:53
DÇ-2026: püşkatmanın vaxtı və məkanı məlum olub

2026-cı ildə ABŞ-də baş tutacaq dünya çempionatının püşkatma mərasimi Las Veqasda olacaq.

Apasport.az xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.

Mərasimin dekabrın 5-də baş tutacağı bildirilib.

DÇ-2026 iyunun 11-dən iyulun 19-dək olacaq. Mundiala ABŞ, Kanada və Meksika ev sahibi edəcək. Bu turnirdə ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq.