
Daha əvvəl xəbər verdiyimiz kimi, “Fənərbaxça”nın yeni sponsoru ABŞ mənşəli “Chobani” şirkəti olacaq.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” razılaşmanın detalları ilə bağlı rəsmi açıqlama yayıb.
Müqaviləyə əsasən, 2025/26 mövsümündən etibarən 5+5 mövsüm müddətində stadionun ad hüquqları sponsorluğu, həmçinin 2+3 mövsüm müddətində komandanın avrokubok oyunları üçün forma sponsorluğu həyata keçiriləcək.
Stadionun ad hüquqları və sponsorluq məbləği illik 10 milyon avro olaraq müəyyənləşdirilib. 2025/26 mövsümü üçün forma sponsorluğunun dəyəri isə 4 milyon avro təşkil edir.
Sonrakı illərdə bu məbləğ minimum 4 milyon avro olmaqla, komandanın Çempionlar Liqası və ya Avropa Liqasına vəsiqə qazanmasından asılı olaraq dəyişə bilər.