Gəncədə tarixi Qərb derbisi - Heyətlər - YENİLƏNİR
30.08.2026 - 17:05
Gəncədə tarixi Qərb derbisi - Heyətlər - YENİLƏNİR

Misli Premyer Liqasında III turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşması Gəncədə baş tutacaq.

“Kəpəz” mövsümün ilk Qərb derbisində “Turan Tovuz”u qəbul edəcək.

“Sarı-göylər” yeni inşa olunan şəhər stadionunda ilk rəsmi matçına çıxacaq. Uzun fasilədən sonra komandanın doğma publika qarşısında çempionat görüşü keçirməsi derbiyə marağı daha da artırır.

“Kəpəz” yeni mövsümə məğlubiyyətlə başlayıb. Komandanın II turda “Sabah”la nəzərdə tutulan qarşılaşması isə təxirə salınıb.

İddialı heyət quran “Turan Tovuz”un aktivində bir qələbə var. Kurban Berdıyevin komandası ötən tur “Şamaxı” ilə heç-heçə edib.

Qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.

Misli Premyer Liqası
I dövrə, III tur

18:00. “Kəpəz” – “Turan Tovuz”
Gəncə şəhər stadionu

Baş hakim: Kamal Umudlu
Köməkçilər: Namiq Hüseynov, Vüsal Məmmədov
Dördüncü hakim: Rəşad Əhmədov
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov

“Kəpəz”: 1. Rojerio Santos 34. Urfan Abbasov 7. Namik Ələskərov 29. Dioqo Verdaska (k) 9. Kennet Kalunqa 21. Azuma Abubakar 11. Viktor Stina 3. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze 27. Desmond Akua

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli  81. Elgün Bayramov 6. Vadim Abdullayev 99. Əli Səmədov 20. Rafael Məhərrəmli 8. Şakir Seyidov 5. Hüseyn Babayev 17. Ümid Səmədov 19. Fərid Kələntərov 2. Arzu Atakişiyev 70. Şahnur İsmayılov 33. Benito 

Baş məşqçi: Azər Məmmədov

"Turan Tovuz": 35. Aleksey Kenyaykin 17. Rəhim Sadıxov 3. Enrike Silva 23. Alexandro Serrano 90. Jo Batista 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 33. Filip Damyanoviç 8. David Tavareş

Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Rahil Məmmədov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 99. Sadiq Şəfiyev 21. Stiv Beusnar 77. Vadji İbrahima 11. Dioqo Balau

Baş məşqçi: Kurban Berdiyev