I Liqada V tura start veriləcək
16.10.2024 - 11:31
I Liqada V tura start veriləcək

Bu gün Azərbaycan I Liqasında V tura start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Çempionluğa namizədlərdən “Karvan” ilə “İmişli” münasibətlərinə Yevlaxda aydınlıq gətirəcək. “Qaradağ Lökbatan” isə “Mingəçevir”in müqavimətini qırmağa çalışacaq.

Azərbaycan I Liqası
V tur

16 oktyabr

15:00 Karvan – İmişli
Yevlax şəhər stadionu

15:00 Qaradağ Lökbatan – Mingəçevir
Lökbatan OİK stadionu

0