İbrahima Vadji rəsmən "Turan Tovuz"da
31.07.2025 - 12:27
İbrahima Vadji rəsmən  "Turan Tovuz"da

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Qərb təmsilçisi İbrahima Vadjini rənglərinə bağlayıb.

Son olaraq Fransa təmsilçisi "Sent-Etyen"də çıxış edən hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

30 yaşlı seneqallı futbolçu  karyerası ərzində  Türkiyədə  "Qaziantep BB", Norveçdə "Molde" və "Hauqesund", ölkəmizdə isə "Qarabağ"ın formasını geyinib.