"Kəpəz"in futbolçusu əməliyyat olunub
21.11.2024 - 21:51

"Kəpəz"in futbolçusu Elmir Tağıyev İstanbulda cərrahiyyə əməliyyatı olunub.
Apasport.az xəbər verir ki, bunu Gəncə klubunun mətbuat xidməti açıqlayıb.
24 yaşlı yarımmüdafiəçi əzələ qopmasından əziyyət çəkib. Əməliyyatı uğurlu alınan Tağıyevin bərpa müddəti 3 həftə olacaq.
Qeyd edək ki, Elmir yayda "Kəpəz"in heyətinə keçib. O, bu mövsümdə 5 oyunda meydada çıxıb.
0
0