Millimiz İran yığmasını məğlub edib
17.02.2025 - 14:14
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda keçirdiyi ikinci oyunda qələbə qazanıb.
Apasport.az xəbər verir ki, komandamız İran yığması ilə üz-üzə gəlib.
Görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 47-ci dəqiqədə Amin Rzayev vurub.
Qeyd edək ki, U-17 ilk oyunda Rusiya millisinə 0:3 hesabı ilə məğlub olmuşdu. Komanda fevralın 19-da, Bakı vaxtı ilə saat 14:20-də Qazaxıstanla qarşılaşacaq.
- "Neftçi" “Qəbələ” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- “Lokomotiv”in müdafiəçisi “Turan Tovuz”da - RƏSMİ
- "Karvan"ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- İslam Maxaçevə görə ən gözəl qol: İBRA SƏVİYYƏSİ - VİDEO
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım
0
0