
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ölkəmizdə təşkil olunan III MDB Oyunlarında ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, A qrupunda yer alan Aqil Nəbiyevin yetirmələri Tacikistanın müvafiq yaş qrupundan ibarət komadası ilə qarşılaşıb.
Matçdan əvvəl torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qəbələ şəhər stadionunda təşkil olunan görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 29-cu dəqiqədə Nihat Hüseynzadə vurub.
Qeyd edək ki, millimiz qrupda növbəti oyununu oktyabrın 1-də Qırğızıstan yığmasına qarşı keçirəcək.
- “Qəbələ”nin ispan futbolçusu: “Qarabağ” "Atletik"lə oyunda yaxşı nəticə əldə edə bilər"
- "Qəbələ" De Blekeri axtarır: "Görəsən bu epizodu görüb?"
- "Atletik" - "Qarabağ" matçının hakimi açıqlanıb
- Ukrayna klubunun Zamiq Əliyev planı yenə alınmadı
- Misli Premyer Liqasında cari mövsümün məhsuldarlıq rekordu qeydə alınıb