Millimiz Serbiya ilə qarşılaşacaq
07.10.2024 - 11:55

Bu gün Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində ilk matçını keçirəcək.
Apasport.az xəbər verir ki, komandamız Serbiyanın U-23 yığması ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 7-dən 10-dək keçiriləcək. Azərbaycan millisi sabah Hindistan, oktyabrın 9-da Çexiya yığmaları ilə üz-üzə gələcək.
0
0