Millimiz Şimali İrlandiya ilə üz-üzə gələcək
18.02.2025 - 10:26
Millimiz Şimali İrlandiya ilə üz-üzə gələcək

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan yığma Şimali İrlandiya ilə üz-üzə gələcək.

Albaniyanın paytaxtı Tiranada yerləşən “House of Football Natural Pitch” stadionunda təşkil olunacaq qarşılaşmanı rumıniyalı Roxana Rekorean idarə edəcək.

Matç Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.