“Mingəçevir”dən növbəti transfer - RƏSMİ
16.07.2025 - 21:01
“Mingəçevir”dən növbəti transfer - RƏSMİ

Yeni mövsüm üçün heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirən "Mingəçevir" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda müdafiəçi Rüstəm Nuriyevi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rüstəm ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 25 yaşlı oyunçunun son klubu "Zaqatala" olub.