“Neftçi” “Asteras”a qarşı - YENİLƏNİR
27.07.2025 - 10:31
“Neftçi” “Asteras”a qarşı - YENİLƏNİR

Bu gün “Neftçi” Polşadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, Bakı klubu Yunanıstan təmsilçisi “Asteras”la qarşılaşacaq.

Görüş Keltse şəhərindəki Pilkarski stadionunda baş tutacaq.

Bakı vaxtı ilə saat 17:00-da start götürəcək görüş tərəflərin istəyinə əsasən canlı yayımlanmayacaq.

Qeyd edək ki, "Neftçi" daha öncə İsrailin "Hapoel" (Təl-Əviv) (1:1) və Polşanın “Termalika" (2:2) komandaları ilə heç-heçə edib.