“Neftçi”də növbəti ayrılıq - RƏSMİ
09.10.2024 - 19:58
“Neftçi”də növbəti ayrılıq  - RƏSMİ

"Neftçi"də daha bir ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, klub futbolçusu Brayan Moreno ilə yollarını ayırıb.

Bunu "ağ-qaralar"ın mətbuat xidməti açıqlayıb. Kolumbiyalı hücumçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, bu ilin yanvarında transfer olunan Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub.

0