
UEFA Konfrans Liqasında mübarizə aparan "Sabah" və "Zirə" komandalarının III təsnifat mərhələsinin oyunlarının başlama saatları açıqlanıb.
Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avqustun 8-i səfərdə Sent-Patriks Atletik” (İrlandiya) klubu ilə qarşılaşacaq "Sabah"ın ilk matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
1 həftə sonra "Bank Respublika Arena"da rellaşacaq cavab qarşılaşması isə 20:00-da başlayacaq.
Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gələcək "Zirə" də ilk oyununa səfərdə çıxacaq. Görüşün başlama saatı Bakı vaxtı ilə 22:00-da təyin olunub. Avqustun 15-i "Dalğa Arena"da keçiriləcək cavab matçının start fiti isə 20:30-da səslənəcək.