Sami Mmae: "Zubir mənə "Qarabağ"ın böyüklüyündən danışmışdı"
31.07.2025 - 16:01
Sami Mmae: "Zubir mənə "Qarabağ"ın böyüklüyündən danışmışdı"

“Qarabağ"ın yeni transferi Sami Mmae Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda "Şelburn" üzərində Bakıda qazandıqları qələbə (1:0, ilk oyun - 3:0) haqda danışıb.

Apasport.az saytına açıqlama verən təcrübəli futbolçu İrlandiya klubu ilə görüş haqda bunları deyib:

“Şelburn”la matçda nəzarət bizdə idi və sonda da layiqli şəkildə qalibiyyəti əldə etdik. Təbii ki, daha çox qol vurmaq olardı. Amma heç nə qələbədən önəmli deyil. Qarşıda bizi “Şkendiya” ilə görüş gözləyir. Biz rəqibimizə hörmətlə yanaşırıq. Təbii ki, asan komanda deyə bir anlayış yoxdur. Ciddi şəkildə hazırlaşacağıq”.

Mmae “Qarabağ”dakı adaptasiya prosesindən də bəhs edib:

“Adaptasiya müddətim yaxşı keçdi. Çünki “Qarabağ”da məni çox yaxşı qarşıladılar, kollektivdə atmosfer çox yaxşıdır. Bu mənada, adaptasiya tez bir zamanda həll oldu və uğurlu da alındı. Özümü burada çox yaxşı hiss edirəm. “Qarabağ”a gəlməmişdən qabaq bir az Kadi Borgesi tanıyırdım, amma Abdullah Zubirlə yaxından tanış idik. Bura gəlməmişdən əvvəl onunla danışmışdıq. O, mənə “Qarabağ”ın böyüklüyündən, ambisiyalarından bəhs etmişdi. Həqiqətən “Qarabağ” kimi böyük klubda olduğum üçün şadam”.