"Sumqayıt" yeni transferini açıqladı - PREMYER LİQA KLUBUNA İCARƏYƏ VERDİ
14.08.2025 - 11:46
“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda fransalı müdafiəçi İmani Barkeri transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb. Futbolçu mövsümün sonuna qədər “Karvan-Yevlax” klubuna icarəyə verilib.
Qeyd edək ki, "Sumqayıt" FK heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə və Nikola Ninkoviç, Abdul Raşid Mumini, Masaki Murata və Keffel Resende ilə gücləndirib.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB
0
0