UEFA Gənclər Liqası: "Sabah" darmadağın oldu - YENİLƏNİR
23.10.2024 - 23:03
UEFA Gənclər Liqası: "Sabah" darmadağın oldu - YENİLƏNİR

Azərbaycanın UEFA Gənclər Liqasındakı təmsilçisi “Sabah” bu gün Çempionlar yolunun II təsnifat mərhələsində ilk oyununa çıxıb. 

Apasport.az xəbər verir ki, “Sabah”ın U-19 komandası İsveçrədə yerli “Bazel” kollektivinin qonağı olub.

Təmsilçimiz üçün görüş yaxşı keçməyib. Komandamız 0:6 hesabı ilə məğlub olub.

Bu komandalar arasında cavab matçı noyabrın 6-da Bakıda baş tutacaq.

23 oktyabr

“Bazel” (İsveçrə) – “Sabah” 6:0

St. Yakob-Park stadionu. Saat 21:00

Baş hakim: Patrik Kolarić

Baş hakimin köməkçiləri: Luka Pajić, Ivan Starčević (hamısı Xorvatiya)

Dördüncü hakim: Hajrim Qovanaj (İsveçrə)

0