"Zirə"də ayrılıq baş verməyə yaxındır.
Salifu Suma komandanı tərk etmək üzrədir. Hücumçu Avropanın bir neçə klubunun maraq dairəsinə düşüb.
Apasport.az saytının əldə etdiyi məlumata görə, forvard yayda "Zirə"ni tərk edəcək.
Onun xidmətində "Dinamo" (Kiyev), "Spartak" (Moskva), "Nijni Novqorod", "Rubin" və LNZ maraqlıdır.
Rusiya klubları hələlik gözləmə mövqeyindədirlər.
Ukrayna təmsilçisi isə gənc forvard üçün "Zirə"yə 1 milyon avro təklif etməyə hazırdır. Lakin "qartallar" Sumanı bu məbləğə buraxmaq niyyətində deyil.
Klub qvineyalının keçidindən azı 1,5 milyon avro qazanmağı planlaşdırır. "Dinamo" ilk öncə bu qiymətlə razılaşmasa da, Rusiya klublarının futbolçuya marağı Kiyev təmsilçisinin də fikrini dəyişib.
Hazırda ukraynalılar Suma üçün yeni təklif hazırlayırlar. Böyük ehtimalla "Dinamo" rədd edilməyəcək təkliflə "Zirə"nin "qapısını döyəcək". Transferin ən gec yayda reallaşması gözlənilir.
Qeyd edək ki, Sumanın qəsəbə təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB