ÇL: "İnter" finalda! - YENİLƏNİB
07.05.2025 - 01:39

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, turnirin ilk finalçısı İtaliyada müəyyənləşib.
“İnter” doğma meydanda “Barselona”nı qəbul edib. Gərgin keçən qarşılaşmada azarkeşlər 7 qola şahidlik ediblər. Əsas vaxtı 3:3 hesabı ilə bitən matçda ev sahibləri rəqibini 4:3 hesabı ilə məğlub etməyi bacarıb.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
6 may
23:00. “İnter” (İtaliya) - “Barselona” (İspaniya) 4:3
İlk oyun - 3:3.
0
0