“Milan” futbol klubunun səhmlərinin nəzarət zərfinə sahib olan “Redbird” investisiya şirkətinin böyük məsləhətçisi Zlatan İbrahimoviç İtaliya təmsilçisinin Çempionlar Liqasından kənarlaşdırılmasını şərh edib.
Apasport.az xəbər verir ki, İsveç futbolunun əfsanəsi Teo Hernandesin qırmızı vərəqə aldığı epizodu matçın dönüm nöqtəsi olduğunu bildirib:
“Biz məyus və qəzəbliyik. Yetkinlik çatışmırdı, amma Teonun epizodunda hakim sərt davrandı. Bu epizod oyunu dəyişdi. İndi komanda birlik olmalıdır. Bu oyunu arxada qoymalı və diqqətimizi A Seriyasına yönəltməliyik. Bu gün məyus olduq, amma sabah növbəti hədəflər haqqında düşünəcəyik”.
Qeyd edək ki, səfərdə "Feyenoord"a 1:0 uduzan İtaliya klubu niderlandlılarla evdə heç-heçə edib - 1:1. Cavab matçının 51-ci dəqiqəsindən Teo Hernandes qırmızı vərəqə alaraq "Milan"ı azlıqda qoyub.
- İspaniyada skandal: ÇL himni əvəzinə Avropa Liqasının musiqisi səsləndirilib
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”