
"Çempionlar Liqasında hamı bizə xal qazanmaq gözü ilə baxır".
Apasport.az xəbər verir ki, bu sözləri "Kayrat"ın baş məşqçisi Rafael Urazbaxtin deyib.
Mütəxəssis UEFA Çempionlar Liqasının I turunun "Sportinq"lə matçını dəyərləndirib. O, mətbuat konfransında "Qarabağ"dan da danışıb:
"Bu hal bizi narahat edir. Özümüzü sübut etmək istəyirik. Möhtəşəm bir performans göstərməyə çalışacağıq. Çempionlar Liqasına vəsiqə qazanmaq bizim üçün onsuz da böyük məsələdir. Heç bir təzyiq altında deyilik. Keyfiyyətimizi göstərmək istəyirik. “Qarabağ” “Benfika” ilə oyunda hər şeyin mümkün olduğunu sübut etdi. Soyadlar futbol oynamır, oyunçular oynayır. Necə alınacağını görəcəyik. “Sportinq”lə görüşdə bütün gücümüzü meydanda qoyacağıq".