"Real Madrid"dən ardıcıl rekordlar
13.03.2025 - 10:56
"Real Madrid"dən ardıcıl rekordlar

"Real Madrid" UEFA Çempionlar Liqasının 1/8 finalında "Atletiko Madrid"i ümumi hesabda məğlub edərək turnirin 1/4 finalına yüksəlib.

"Real Madrid"in Çempionlar Liqasında yeni rekordları

Apasport.az xəbər verir ki, “kral” klubu 40-cı dəfə Çempionlar Liqasının 1/4 finalının iştirakçısı olub. Bu, avrokuboklar tarixində rekord göstəricidir.

"Bavariya" və "Barselona"nın Çempionlar Liqasında 1/4 final statistikası

Bu göstəriciyə görə ikinci yerdə “Bavariya” (34), ilk üçlüyü isə “Barselona” (24) tamamlayır.

"Real"dan növbəti rekord

İspaniya nəhəngi bu qarşılaşmada daha bir rekorda imza atıb. "Real" 4-cü dəfə ÇL-in penaltilər seriyasında qələbə qazanıb. Buna qədər heç bir komanda bu göstəriciyə çata bilməyib. 

Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə uğrunda Londonun “Arsenal” klubu ilə mübarizə aparacaq.