Türkiyə - Macarıstan matçının hakimləri bəlli oldu
18.03.2025 - 17:08
UEFA Millətlər Liqasında pley-off mərhələsinin oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, Türkiyə yığması Macarıstanla qarşılaşacaq.
Tərəflər arasında baş tutacaq ilk matçın hakimləri bəlli olub. Bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
"Rams Park"da keçiriləcək görüşü slovakiyalı hakimlər briqadası idarə edəcək. Qarşılaşma referi İvan Kruzlyaka həvalə olunub. Ona həmyerliləri Branislav Qanço və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim isə Peter Kraloviç olacaq.
Qeyd edək ki, Türkiyə - Macarıstan oyunu martın 20-də İstanbulda baş tutacaq.
- “Qalatasaray”a "Yuventus"a qarşı oyunlarda onlar kömək edəcək: 3 yeni futbolçu
- Avropa Liqası: “Fənərbaxça”nın pley-offdakı rəqibi bilindi - YENİLƏNİB
- ÇL: Pley-off cütləri müəyyənləşdi - YENİLƏNİB
- Avropa Liqasında növbəti tura yüksələn komandalar müəyyənləşib
- AL: Liqa mərhələsinə yekun vurulub - YENİLƏNİB
1
0