
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" matçından (0:2) sonra meydan sahiblərinin baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bölüşüb:
"Əvvəlcə "Levski"ni növbəti mərhələ münasibətilə təbrik edirəm. Hazırda çox şey deyə bilmirəm. İki oyunda qollar vura bilmirsənsə, rəqib növbəti mərhələyə keçməyə daha layiqdir. Bu gün azarkeşlərimizə böyük təşəkkür edirəm. Çox gözəl atmosfer yaratmışdılar. Taktiki cəhətdən bu oyun barəsində nələrsə demək çox çətindir. Biz çox məyus olmuşuq. Amma bu məyusluğu, pis hissləri unutmalıyıq. Sabahdan etibarən çempionat haqda fikirləşməliyik. Biz çox şeyləri artırmalıyıq. Çalışmalıyıq ki, yenidən öz xəyalımız olan avrokuboklara qatılaq".
- Heyət barədə fərq olmasa da, bu gün Sofiya ilə müqayisədə daha qorxaq "Sabah" gördük. Səbəb nə idi?
- Bilmirəm siz nəyə görə belə qorxaqlıq adlandırırsız? Oyunçularımıza hörmətsizlik kimi qəbul edirəm. Sofiyada intizamlı oynadıq. Heç-heçəyə yaxşı nəticə deyə bilməzdim. Son saniyə heç-heçədən bizi ayırdı. İnkişaf etməyimiz üçün çox şey var. Bugünkü oyunun birinci hissəsini təhlil etsəz, xətlər arası oyunçularımız necə açılırdı. Bu gün fərq var idi. Rəqib risk etmirdi, biz daha çox risk etməliydik. Birinci hissədə bir səhvimiz oldu, o da qolla nəticələndi. Bundan sonra risklər aldıq. Üçüncü zonaya gələrkən, daha dəqiq paslar çatışmırdı. Boşluqlar tapmağa çətinlik çəkirdik.
- Sizcə, "Sabah"ın bugünkü oyunu stadiona gələn azarkeşlərə hörmətsizlik deyildi?
- Bu insanlara nəzarət etmək əlimizdə deyil. Futbolda hər şey nəticədən asılıdır. Yaxşı nəticə olsaydı, bizə təşəkkür edəcəkdilər, stadionu tərk etməyəcəkdilər. Amma onları səbirli olmağa çağırıram. Üzgünük ki, onları üzdük. Ən azından hesabı bərabərləşdirib, intriqanı artıra bilərdik. Azarkeş mədəniyyətini bir gündə yaratmaq mümkün deyil.
- Etiraf edirsiz ki, Pavol Şafranko və Cessi Sekidikanın meydanı tərk etməsindən sonra hücumda effekt azaldı? Bunların uğursuz əvəzetmə olduğunu demək olar?
- Yanlış xatırlamıram ki, bu dəyişikliyi 70-ci dəqqədən sonra etdik. Əlbəttə ki, hər dəyişikliyin arxasında xoş niyyət var. Bilirik ki, daxil olan oyunçu daha fərahdır, daha güclü olur. İstəyirik ki, oyuna qatqı versin. Qol vursaydılar, deyəcəkdiz siz necə oxuduz oyunu? Əfsuslar olsun ki, bu gün bu işləmədi. Hər dəyişikliyin arxasında yaxşı niyyət var. Kahim Parris də meydana daxil oldu. Cessinin yerinə Anatoli Nuriyev oyuna çıxdı. Xəyal da həmçinin. Daha çox kreativlik istəyirdik. Mərkəz müdafiəçisi də meydana daxil oldu ki, standart vəziyyətlərdən nəsə edək. Əfsuslar olsun ki, bu gün bu, işləmədi.
- Sizcə, "Sabah" vaxtında lazımı sayda keyfiyyətli oyunçular transfer etmədiyi üçün hər iki oyunda uduzdu?
- Birinci hissədə rəqibin cəmi 1 zərbəsi oldu. İkinci hissədə bizə qol lazım idi. Rəqib çox arxaya çəkildi, bağlandılar və bizə boşluqlar vermədilər. Oyuna nəzarət edən tərəf biz idik. "Levski" əks-hücumlarda heç nə edə bilmirdi. Sadcə bir fürsətləri oldu, ondan da yararlandılar. Bizim də onlara oxşar şanslarımız var idi. Biz yararlana bilmirdik. "Levski"yə qarşı oynayıdıq, Bolqarıstan 2-cisi idilər. Transfer dəyərləri bizdən artıqdır. Sofiyada da ən yaxşısını etməyə çalışdıq. Sadəcə 10 saniyə bizi yaxşı nəticədən uzaqlaşdırdı. İkinci oyuna da təsiri oldu. Bizim oyunçularımız hər şeyi etdilər. Amma bunu həll yolu o demək deyil ki, oyunçulrı göndərək, yenilərini gətirək. mən elə məşqçi deyil. Bu, həll yolu deyil. Biz daha çox işləyib, daha ağıllı həll yolu tapmalıyıq ki, yeni sezon avrokuboklarda daha uğurlu çıxış edək.