DÇ: Zelim Kotsoyev 1/8 finalda
18.06.2025 - 15:26
DÇ: Zelim Kotsoyev 1/8 finalda

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında bu gün Azərbaycanın daha bir cüdoçusu mübarizəyə qoşulub.

Apasport.az xəbər verir ki, olimpiya çempionu Zelim Kotsoyev (100 kq) tatami üzərinə çıxıb.

O, 1/16 finalda  Cennaro Pirelli ilə (İtaliya) qarşılaşıb.

Təmsilçimiz rəqibini ipponla məğlub edərək 1/8 final mərhələsinə adlayıb.

Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Cüdoçularımızdan Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medal qazanıb.