“Necə deyərlər, onlara bir barmağımızı uzatsaq, əlimizi yerindən qopararlar” - FOTO
10.10.2011 - 16:59
“Necə deyərlər, onlara bir barmağımızı uzatsaq, əlimizi yerindən qopararlar” - FOTO
Komandamız dünya ulduzlarından ibarət bir kollektivdir və belə bir klubun üzvü olmaq hər kəsə xoşdur”. Bunu apasport.az saytına açıqlamasında “Rabitə” klubunun voleybolçusu Keti Radzuveyt deyib.

Almaniyalı legioner Bakı komandasının heyətində debütdəcə uğur qazanmaq arzusundadır. O bildirib ki, klublararası dünya çempionatında bir gün öncə rəqibləri - “Sollis Nestle” (Braziliya) - “Çanq” (Tailand) arasındakı oyunu canlı izlədiklərindən onların zəif nöqtələrini müəyyənləşdiriblər: “Hamımız bir-birimizi gözəl anlayır, məşqlərə ciddi önəm veririk. İlk rəqibimiz Tailand və Asiya çempionu “Çanq”dır. Dünən izlədiyimiz oyunda gördük ki, nə onlar, nə də Braziliya klubu hakim fiti səsləndirməyənə qədər mübarizəni əldən vermək niyyətində deyillər. Asiyalılarla çox ehtiyatlı olmalıyıq. Oyunu daim nəzarətdə saxlamasaq, ciddi çətinliklərlə üzləşə bilərik. Necə deyərlər, onlara “bir barmağımızı uzatsaq, əlimizi yerindən qopararlar”. Odur ki oyun boyu konsentrasiyamızı əldən verməməliyik. Amma inanıram ki, bu cür heyətə malik komandamız azarkeşlərinə ancaq qələbə bəxş edəcəkdir”.

Qeyd edək ki, B qrupunda yer alan “Rabitə” oktyabrın 11-də “Çanq”la, bir gün sonra “Sollis Nestle” ilə qarşılaşacaq.
0