UEFA Millətlər Liqası: Portuqaliya finalda - YENİLƏNİB
05.06.2025 - 01:04

Bu gün UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə Almaniyada bir qarşılaşma baş tutub.
Almaniya yığması Portuqaliya ilə üz-üzə gəlib.
Görüş Münhendəki “Allianz Arena”da, Bakı vaxtilə saat 23:00-da start götürüb.
Gərgin keçən matçın qalibi Portuqaliya olub. Görüş onların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə Portuqaliya millisi adını final mərhələsinə yazdırıb.
UEFA Millətlər Liqası
Yarımfinal mərhələsi
4 iyun
23:00 Almaniya – Portuqaliya 1:2
0
0