Sabiq "Qalatasaray"lının yeni klubu bəlli olub
16.09.2025 - 12:14

İspaniya millisi və "Qalatasaray"ın sabiq üzvü Xuan Matanın yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçu karyerasını Avstraliyada davam etdirəcək.
Yarımmüdafiəçi "Melburn Viktori" ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, oyunçu ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Xuan Mata karyerası ərzində "Valensiya", "Çelsi", "Mançester Yunayted" və "Vissel Kobe" kimi komandaların da şərəfini qoruyub.
0
0