Zəki Çol: “Berti Foqtsun Azərbaycanda təkbaşına nəsə edə biləcəyinə inanmıram”
07.04.2008 - 12:57
- Ötən əsrin 70-80-ci illərində Türkiyə yığmasının böyük hesablarla uduzması adi hala çevrilmişdi. Bu gün eyni uğursuzluğu Azərbaycan milli komandası yaşayır. Amma son 10 ildə türk futbolu böyük nailiyyətlər əldə edib. Sizcə, 2002-ci ildə dünya çempionatında, bundan bir il sonra isə Konfederasiya kubokunda 3-cü yeri tutan “ay-ulduzlular”ın bu müvəffəqiyyətlərinin sirri nədədir?
- Biz məğlubiyyətlər dövrünü yaşayaraq, bu günə gəldik. Həmin vaxtlar bizim üzücü günlərimiz idi. Həqiqətən də Azərbaycanın indi yaşadığı dönəmi biz o vaxt yaşadıq. Üstəlik, imkan və potensialımız Azərbaycana nisbətən daha yaxşı idi. Bir ölkədə futbolun inkişaf etməsi üçün orada bu idman növünə ürəkdən bağlanmaq lazımdır. Həm ölkənin vətəndaşları futbolu sevməli, həm də ölkəni idarə edənlər futbola sahib çıxmalıdırlar. Müasir dövrdə futbol idmanın digər növlərlə müqayisədə insanı daha çox insanı öz arxasınca aparır. Necə deyərlər, futbol idmanın sənayesinə çevrilib. FİFA-nın ötən il apardığı araşdırmaya görə, dünyada 165 milyon insan futbolla məşğul olur. Buraya 5 milyon məşqçi və hakimi də əlavə edə bilərsiniz. Hər 22 nəfərdən birinin futbol oynadığı bir dünyada bu potensiala diqqət yetirməmək mümkün deyil. Ona görə də FİFA, UEFA və milli futbol assosiasiyaları daima yeni inkişaf proqramları hazırlayır, idmanın bu növünü istər maddi cəhətdən dəstəkləyir, istərsə də məşqçilər yetişdirilməsinə kömək edir. Avropa və ya dünya çempionatlarını 1 milyarddan artıq adam izləyir. Belə kütləviliyi heç bir siyasi və elmi prosesdə görə bilməzsiniz. Məhz bu səbəbdən qabaqcıl ölkələrdə olduğu kimi, digər dövlətlərdə də futbolu inkişaf etdirmək üçün proqramlar hazırlanmalıdır. İlk növbədə, futbol sahəsindəki təhsil və təlimə diqqət yetirilməlidir. 6 yaşlı uşaqlardan başlayaraq, yeniyetmə və gənclər üçün elmi metodlarla təhsil və təlim vermək məcburiyyəti var. Türkiyə bunun öhdəsindən müəyyən dərəcədə gəlib. Ancaq bu prosesi sürətləndirməyə hələlik nail ola bilməmişik. Məsələn, “Qalatasaray” 2000-ci ildə UEFA kubokunu qazandı, lakin uğurun davamını gətirə bilmədi. 2002-ci ildə dünya çempionatında bürünc mükafata yiyələnən yığmamız növbəti illərdə uğursuzluğa düçar oldu. Milli komandamız nə 2004-cü ildə Avropa çempionatına, nə də 2006-cı ildə dünya birinciliyinə vəsiqə qazana bildi.
- Buna baxmayaraq, türkiyəlilər Avstriya və İsveçrədə keçiriləcək növbəti qitə çempionatında çıxış etmək hüququna malikdirlər. AVRO-2008-də Türkiyə yığmasında nə gözləyirsiniz?
- Milli komandamızdan qarşıdakı yarışda böyük uğurlara imza atacağına inanırıq. Digər tərəfdən, “Fənərbaxça”nın Çempionlar Liqasındakı müvəffəqiyyəti bizi çox sevindirir. Bu nailiyyət müasir futbolda mövcud olan Qərb-Şərq mübarizəsi baxımından da çox önəmlidir. Çünki ingilis, ispan, italyan və alman komandalarının Çempionlar Liqasına qoyduqları “embarqo”da “Fənərbaxça” bir Şərq ulduzu kimi parlayır. İstanbullular orada yalnız Şərqi Avropanı deyil, eyni zamanda türk ölkələrini təmsil edirlər. Gün gələcək, Azərbaycanda da bu cür uğurları böyük zövqlə izləyəcəyik. Futbolun inkişafı üçün lazım olan təhsil və təlimlə yanaşı, müasir səviyyəli məşq bazaları və stadionların tikilməsi də əsas məsələlərdən biridir. Yəni, təhsil və təlimin materialla dəstəklənməsi vacibdir. Bütün bunlar üçün sanballı büdcəyə ehtiyac duyulur. Azərbaycan neft ölkəsi olduğundan Dövlət Neft Şirkətinin sponsorluğu ilə futbolun inkişafına nail olmaq mümkündür.
- Yeri gəlmişkən, Dövlət Neft Şirkətinin prezidenti ötən ay Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbəri seçildi.
- Bu, yaxşı hadisədir. Ancaq mən peşəkar səviyyədəki futboldan öncə, futboldakı təhsil-təlim prosesinə ediləcək sponsorluğu nəzərdə tuturam. Belə bir addım Azərbaycan futboluna çox geniş inkişaf perspektivi aça bilər. Mən sizin ölkənizdə olarkən, assosiasiyaya baş çəkdim. Oradakı müşahidələrimdən belə bir qənaətə gəldim ki, ölkədə təlim-məşq bazaları azdır. Azərbaycanın coğrafi şəraiti təlim-məşq bazalarının yaradılması üçün çox əlverişlidir. Mərhum prezident Turqut Özalın tapşırığı ilə Türkiyədə yüzlərlə ot örtüklü meydança yaradıldı. Bu, türk futbolu tarixində atılan ən cəsur addımlardan biri idi. Daha sonrakı mühüm addım isə Türkiyə Futbol Federasiyasına muxtar status verilməsi oldu. Beləliklə, futbolumuz öz-özünü idarə etməyə başladı. Əgər futbol siyasətçilərin kefinə görə idarə edilərsə, öz dəyərini itirər, xalqın ona marağı qalmaz. Azərbaycanda futbolun bu keyfiyyətləri əldə etməsi üçün, bir az vaxta ehtiyac var. Təhsil, təlim-məşq bazaları, stadionlar, iqtisadi güc və bir az da səbrlə bu işlər yoluna düşəcək. İdmanın başqa növlərində Azərbaycanın dünyada tanınan idmançı və klubları var, futbolda da belə olacağına inanıram. Klublarınız da beynəlxalq standartlara uyğun idarə edilməlidir. Futbolun inkişafına dair proqram sistemli şəkildə həyata keçirilərsə, 10 ildən sonra Azərbaycan futbolu dünyada layiqli yerini tutacaq.
- Futbolun inkişafı üçün zəruri amilləri sadaladınız. Burada baş məşqçi məsələsi də var. Azərbaycan yığması almaniyalı Berti Foqtsa tapşırılıb. Sizcə, milli komandaya əcnəbi məşqçinin təyin olunması düzgün addımdır?
- Azərbaycanın yığma komandanı Foqtsa əmanət etməsi özünün seçimidir. Futbol məmurları bəzən milli komandaları dünyada tanınan adamlara həvalə edirlər. Amma mən Foqtsun təkbaşına nə isə edə biləcəyinə inanmıram. Çünki tək adamla zirvələri fəth etmək mümkün deyil. Komanda halında hədəfə doğru irəliləyə bilərsiniz. Güclü idarə heyəti lazımdır - uşaqları, yeniyetmələri, gəncləri, yığma komandanı idarə edə biləcək heyət.
- Londonda “Çelşi” və “Fənərbaxça” arasındakı cavab görüşünü izləyəcəksiniz. Necə düşünürsünüz, İstanbul klubu yarımfinala yüksələ biləcəkmi?
- Püşkatma zamanı “Fənərbaxça”nın bəxtinə “Çelsi” düşəndə yazmışdım ki, İngiltərəyə çox giriş-çıxışlı viza alın. Çünki “Fənərbaxça” - “Çelsi” cütünün qalibi 1/4 finalda ya “Arsenal”, ya da “Liverpul”la qarşılaşacaq. “Çelsi” “Fənərbaxça”dan hər mənada üstün klubdur. İstanbulda londonlular daha yaxşı oynadıqları halda, Zikonun komandası qalib gəldi. Ən mühüm amil istəkli və bir az da şanslı olmaqdır. Bu gün Türkiyə ilə Azərbaycan oynasa, favorit birincilər sayılacaq. Lakin futbol elə qəribə oyundur ki, Azərbaycan Türkiyəyə qalib gələ bilər. Biz Avropa çempionatının seçmə mərhələsində Bosniyaya uduzduq, Malta və Moldova ilə qarşılaşmalarda xal itirdik, ardından Osloda Norveçə qalib gəldik.
- Yəqin ki, Türkiyənin Azərbaycana məğlub olmasından heç kim narahat olmaz...
- Mən Bakıya, Azərbaycan-Türkiyə matçına baxmağa gələndə nəticə ilə qətiyyən maraqlanmırdım. Avropa çempionatında da azərbaycanlı futbol həvəskarlarının Türkiyəyə azarkeşlik etməsindən təbii nə ola bilər ki? Avstriya və İsveçrədə türk mədəniyyətini yaxşı tanıtdırmaq çox vacibdir. Biz güclü komandalara qarşı daha rahat oynayaraq qalib gələ bilirik. Bunun əksinə olaraq, müdafiəyə çəkilərək futbol oynamaq istəməyən komandalarla görüşlərdə çətinliklə üzləşirik.

0
0