Dəyişməyən ünvanNiyə ancaq yerlilər?
15.04.2008 - 09:39
“Neftçi” ilə oyundan qələbəyə bərabər heç-heçəylə ayrılan “Olimpik”i indi çempionluqdan bir neçə addım yox, bir neçə qarış ayırır. Hansısa sensasiya olmasa, Əsgər Abdullayevin komandası Azərbaycan futbol tarixində yep-yeni bir səhifə açacaq. “Rəhmətliklər”i – “Kəpəz”i, “Şəmkir”i nəzərə almasaq, bizim çempionların ünvanı elə də tez-tez dəyişmir. Azərbaycan futbolu özünün yeni çempionuna qovuşmağın astanasındadır.
“Neftçi” niyə “Olimpik”i uda bilmədi”, “təyyarəçilər” növbəti mövsümdə də bu uğurlu çıxışı davam etdirə biləcəkmi” sualları üzərində baş sındırmayacağam. Qoy bu suallar Anatoli Demyanenkonun, Valentin Xodukinin, Ağasəlim Mircavadovun və başqalarının yuxularına haram qatsın. Mən sadəcə, başımı “niyə Azərbaycanda heç bir əcnəbi məşqçi çempion ola bilmir” sualı üzərində ağrıtmağa üstünlük verərdim.
Baxın, bu ölkəyə az qala dünyanın bütün yerlərindən, hansı səviyyədə desəniz məşqçi gəlib. Rasim Kara, Anatoli Konkov, Viktor Pasulko, Vlastimil Petrjela… Mən hələ hamının tanıdıqlarını dedim. Elə də məşhur olmayanların sayı Allah bilir nə qədərdir. Amma niyə bu adamlardan hansısa Azərbaycan çempionluğunu, çempionluq nədir, kubokunu da qazana bilməyib? Yoxsa Azərbaycan çempionu olmaq üçün nəsə əlahiddə istedad lazımdı? Düzdür, bir neçə dəfə bizim adını çəkmək istəmədiyim bəzi yerli məşqçilərdən bunun səbəbini soruşmuşdum. Cavab təxminən belə olmuşdu: əcnəbilər Azərbaycan futbolunu, futbolçusunu yaxşı tanımır. Utanmışdım soruşam ki, “tanımaq” deyəndə nəyi nəzərdə tutursunuz. Bir də öz aramızdır, məgər bizdə bütün işləri elə baş məşqçilər görür? Mən klub tanıyıram ki, vitse-prezidenti, icraçı-direktoru baş məşqçinin də işini görür, hətta lazım gəlsə masajçının da. Deməli, bu “tanımaq” söhbəti “Olimpik”in çempionluğu qədər inandırıcı deyil. Burada nəsə başqa iş var. Həm də mən ölüm, bu gün Azərbaycanda elə əcnəbi məşqçilər var ki, bizim futbolu bizdən yaxşı tanıyır. Rasim Kara, Valentin Xodukin neçə ildir bu ölkədədir?
Bizim yerli məşqçilərin əcnəbilərə olan “sevgisini” də nəzərə alsaq, çempionların, kubok sahiblərinin niyə ancaq və ancaq özümüzünkülər olmasına az da olsa aydınlıq gələr. Deyəsən, axı məşqçilərimiz gəlmələrə qarşı öz aralarında gizlicə saziş bağlayıb. Yox, bunu həqiqət olduğuna inandığım iddia kimi irəli sürmürəm. Sadəcə, bir təxmin, ehtimaldır. Yoxsa öz aramızdı, niyə neçə ildir bu ölkənin bütün mükafatları elə ancaq yerli məşqçilərə qalır? Niyə Rasim Kara, Valentin Xodukin əslində əldə edilməsi dəhşətli dərəcədə çətin olmayan çempionluğu, kuboku əldə edə bilmir?
Hə, deyəsən doğrudan da bütün titulları azərbaycanlı məşqçilərin qazanması boşuna deyil. Elə mənim bu yöndəki şübhələrim də. Kim bilir, bəlkə də məşqçilərimizin haqqını yeyirəm. Kimsə “niyə ancaq yerli məşqçilər” sualına ağıllı, izahlı cavab versə, kimsə mənə şübhələrimin boşuna olduğunu sübut etsə, üzr istəməyə hazıram. Amma özüm ölüm, “əcnəbilər Azərbaycan futbolunu yaxşı tanımır” “kəlam”ının heç yeri yoxdur. Vallah, Kara, ya da Xodukin bizim futbolun alt qatında olanlardan çoxuna dərs keçər.
…Azərbaycan futbolu yep-yeni çempionuna qovuşmağın astanasındadır. İllər ötür, çempion olan komandaların ünvanı dəyişir. Dəyişməyən tək bircə şey var…

0
0