Yunis Hüseynov “Karvan”da yubiley matçını sabiq komandasına qarşı keçirəcək
29.08.2008 - 16:51
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycan Premyer Liqasının IV turunda keçiriləcək “Karvan” - “Standard” matçında meydan sahiblərinin baş məşqçisi Yunis Hüseynov yubiley qeyd edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 43 yaşlı çalışdırıcı Yevlax komandasını 100-cü çempionat oyununa çıxaracaq. Y. Hüseynov 2004/05 mövsümündən indiyədək qısa fasilələrlə “Karvan”a rəhbərlik edib. Yevlaxlılar bu müddət ərzində onun başçılığı altında Premyer Liqada 53 qələbə qazanıb, 23 heç-heçə edib və 23 dəfə uduzub. Topların fərqi 162-79 olub. Maraqlıdır ki, Y. Hüseynov “Karvan”da yubiley matçını sabiq komandasına qarşı keçirəcək. O, hazırda Premyer Liqa klublarının baş məşqçiləri arasında çalışdırdığı klubda ən çox oyun keçirən məşqçidir.
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
0
0