Azərbaycan futbol yığması Uelslə oyunun hazırlığına başlayır
01.09.2008 - 12:29
Bakı. Aqşin Əliyev - APA-Sport. Futbol üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 6-da Uelsə qarşı keçirəcəyi oyunun hazırlığına başlayır. “APA-Sport” agentliyinin AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, yığmamızın üzvləri bu gün saat 17:00-da “Holiday İnn” otelində bir araya gələcəklər. Bundan 45 dəqiqə sonra Berti Foqts yetirmələrinə ilk məşqi keçəcək. Uelslə oyunun hazırlıq planında qarşıdakı 4 gün ərzində Bakıda 5 məşq nəzərdə tutulub. Həmçinin, əsas milli komandanın sabah saat 16:30-da 17 yaşlılardan ibarət yığma ilə yoxlama matçı planlaşdırılıb. Yoxlama görüşü və məşqlər Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək. Hazırlıq prosesi sentyabrın 4-də yekunlaşacaq. Milli komandamız elə həmin gün saat 14:00-da çarter reysi ilə Uelsə yollanacaq.
Qeyd edək ki, Uels - Azərbaycan oyunu sentyabrın 6-da Kardiffin “Millenium” stadionunda baş tutacaq.
Qeyd edək ki, Uels - Azərbaycan oyunu sentyabrın 6-da Kardiffin “Millenium” stadionunda baş tutacaq.
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
0
0