"Arsenal" da Bellingemi heyətinə cəlb etmək üçün mübarizə aparacaq
01.01.2025 - 20:26

“Sanderlend”in yarımmüdafiəçisi Cob Bellingem komandasını dəyişə bilər.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl “Mançester Yunayted”in ingiltərəli futbolçunu gələn yay transfer etməyə çalışacağı bildirilirdi.
Yeni məlumatlara görə, “qırmızı şeytanlar”dan başqa, “Arsenal” da Bellingemin xidmətində maraqlıdır. 19 yaşlı yarımmüdafiəçinin özünün karyerasında yeni çağırışa hazır olduğu iddia edilir.
Bellingem cari mövsümdə İngiltərə çempionatında 21 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
0
0