
London təmsilçilərindən "Arsenal" heyətini Türkiyə millisinin üzvü ilə gücləndirmək istəyir.
Apasport.az “Todofichajes” portalına istinadla xəbər verir ki, söhbət "Real Madrid"in yarımmüdafiəçisi Arda Gülerdən gedir.
“Topçular”ın baş məşqçisi Mikel Arteta 19 yaşlı futbolçunu dəvət etməkdə şəxsən maraqlıdır. İspaniyalı Gülerin norveçli Martin Odeqard kimi “Arsenal”da parlayacağına inanır.
Türkün transfer qiyməti 45 milyon avro olaraq qiymətləndirilir. Tərəflər arasında mövcud müqavilə 2029-cu ilin iyun ayının sonunda başa çatacaq. İspaniya çempionatının cari mövsümündə Arda 9 oyun keçirib, bir məhsuldar ötürmə edib.
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb