"Atletiko Madrid" Vitsellə yeni müqavilə imzalayıb
13.06.2024 - 15:18

Təcrübəli belçikalı yarımmüdafiəçi Aksel Vitsel Madridin “Atletiko” klubu ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, tərəflər arasında 2025-ci ilin ortalarına qədər razılıq əldə olunub. Bu barədə klubun rəsmi saytında məlumat yayıb.
35 yaşlı belçikalı Madrid təmsilçisinə 2022-ci ildə "Borussiya" (Dortmund) klubundan transfer olunub.
Ötən mövsüm yarımmüdafiəçi "Atletiko"nun heyətində 51 oyun keçirib və 2 qol vurub.
0
0