"Ayaks"ın hücumçusu "Qalatasaray"ın hədəfində
16.10.2024 - 23:58
"Ayaks"ın hücumçusu "Qalatasaray"ın hədəfində

"Qalatasaray" heyətini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, "Cimbom" "Ayaks"ın futbolçusu Steven Berqyoysla maraqlanır.

"Sarı-qırmızılar" onu qışda rənglərinə bağlamaq niyyətindədir. Türkiyə təmsilçisi yanvar ayında 32 yaşlı hücumçu üçün rəsmi təklif göndərəcək.

Forvardın klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır. Bu səbəbdən amsterdamlılar onun transferi üçün yüksək təzminat tələb etməyəcək.

Qeyd edək ki, Niderland millisinin üzvü bu mövsüm "ağ-qırmızılar"ın heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

0