"Bayer"in hücumçusu qəza keçirib
21.10.2024 - 14:09
"Bayer"in hücumçusu qəza keçirib

 

Bundesliqa təmsilçilərindən “Bayer”in hücumçusu Viktor Bonifeys qəza keçirib.

Apasport.az xəbər verir ki, 23 yaşlı futbolçunun sərnişin qismində oturduğu avtomobilin sürücüsü idarəetməni itirib və yük maşını ilə toqquşub.

Bonifeysin dostları ilə birlikdə içində olduğu avtomobil aşsa da, oyunçu ciddi xəsarət almayıb.

Qeyd edək ki, Bonifeys bu mövsüm “Bayer”də 7 oyunda 5 qol vurub.

0