Benzema və Ronaldo Superkubokda üz-üzə - YENİLƏNİR
19.08.2025 - 16:29
Benzema və Ronaldo Superkubokda üz-üzə - YENİLƏNİR

Bu gün "Əl-Nəsr" və "Əl-İttihad" Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında üz-üzə gəlirlər.

Apasport.az xəbər verir ki, tək oyunluq formatda keçirilən matç Honq Konqda baş tutur.

Bakı vaxtı ilə 16:00-da başlayan qarşılaşmada "Real Madrid"in sabiq ulduzları Kriştiano Ronaldo və Kərim Benzema rəqib olaraq üzləşirlər.

Qeyd edək ki, həmin görüşdə "Liverpul"un keçmiş futbolçuları Sadio Mane və Fabinyo da bir-birinə qarşı oynayır.

Səudiyyə Ərəbistanı Superkuboku

Yarımfinal

16:00. "Əl-Nəsr" - "Əl-İttihad" 1-1

Qol: S. Mane 10, S. Berqvayn 16

Qırmızı vərəqə: S. Mane 25