“Borussiya”nın kapitanı Amerika klubuna keçir
11.06.2024 - 15:48

Dortmund “Borussiya”sından ayrılan Marko Roys karyerasını ABŞ-də davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb. 35 yaşlı yarımmüdafiəçi MLS təmsilçisi “Los Anceles Qalaksi” ilə razılaşıb. Roysun keçidi yaxın zamanda açıqlanacaq.
Alman futbolçu ilə 1+1 illik müqavilə imzalanacaq.
Roys 2012-2024-cü illərdə “Borussiya”nın formasını geyinib.
0
0