
Daha əvvəl xəbər verdiyimiz kimi "Qalatasaray" Hakan Çalhanoğlunun mümkün transferi üçün "İnter"lə danışıq aparmışdı.
Apasport.az xəbər verir ki, "İnter" rəhbərliyi bu danışıqların nəticəsiz qaldığını və "cimbomla" razılığın mümkün olmadığını söyləyib.
Digər tərəfdən bütün azarkeşləri həyəcanlandıran xəbərdə Ali Koçun Hakan Çalhanoğluyla görüşdüyü bildirilib.
İnsayder Yağız Sabuncuoğlunun xəbərinə görə, "Fənərbaxça"nın prezidenti Ali Koç türk yarımmüdafiəçi ilə görüşərək ondan gözlədiyi maaşı və "İnter"in tələb etdiyi məbləği soruşub.
Hakan isə qarşılığında klubuyla razılaşılacağı təqdirdə, Türkiyəyə gəlməyə isti yanaşdığını bildirib.
Uşaqlıqdan "Qalatasaray" azarkeşi olduğu bilinən Hakanın bu cavabı sosial mediada birmənalı qarşılanmayıb.