Dibala karyerasına Səudiyyə Ərəbistanında davam edə bilər
21.08.2024 - 23:12

Paolo Dibala karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Əl Qadsia" 30 yaşlı futbolçunu heyətinə qatmağa yaxındır.
Transfer gerçəkləşəcəyi təqdirdə "Roma" 3 milyon avro gəlir əldə edəcək. Səudiyyə Ərəbistanı təmsilçisi argentinalı ulduza illik 25 milyon avro ödəyəcək. Müqavilənin 3 il müddətində keçərli olacağı gözlənilir.
Qeyd edək ki, Dibala "Roma"ya 2022-ci ilin yayında qoşulub. Onun italyanlarla müqaviləsi gələn il başa çatacaq.
0
0