İstanbul derbisində sevinən tərəf “Beşiktaş” oldu - YENİLƏNİB
23.12.2025 - 23:28
İstanbul derbisində sevinən tərəf “Beşiktaş” oldu - YENİLƏNİB

Bu gün Türkiyə Kuboku çərçivəsində futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi İstanbul derbisi keçirilib.

Apasport.az xəbər verir ki, turnirin növbəti mərhələsində “Fənərbaxça” doğma meydanda əzəli rəqibi “Beşiktaş”ı qəbul edib.

Gərgin keçən matçda azarkeşlər 3 qola şahidlik ediblər. Oyun "qara qartallar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyə Kuboku  
C qrupu

21:30. “Fənərbaxça” - “Beşiktaş” - 1:2