"Fənərbaxça"da ayrılıq
31.08.2024 - 11:24

Super Liqa təmsilçisi “Fənərbaxça” futbolçusu Miha Zayçı icarəyə verib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sloveniyalı yarımmüdafiəçi mövsümün sonuna kimi “Tuluza”da çıxış edəcək.
Zayç 2019-cu ildən “Fənərbaxça”da çıxış edirdi. O, Super Liqada 86 oyunda 15 qol vurub, 6 məhsuldar ötürmə edib.
0
0