“Fənərbaxça”nın yeni transfer hədəfi
14.08.2025 - 19:37
“Fənərbaxça”nın yeni transfer hədəfi

"Fənərbaxça" heyətini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, klub "Zaltsburq"un futbolçusu Dorgeles Neneni transfer etmək istəyir.

Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Fənərbaxça" malili üçün Avstriya klubu ilə danışıqları davam etdirir. İstanbul təmsilçisi 22 yaşlı futbolçunun keçidini qısa müddətdə tamamlamağa çalışır.

Qeyd edək ki, "Zaltsburq" Neneni 2021-ci ilin yanvarında "Quidars"dan transfer edib.