“Fənər”də ciddi itki - YOXLAMA MATÇINDA ZƏDƏLƏNİB
13.07.2025 - 20:26
“Fənər”də ciddi itki - YOXLAMA MATÇINDA ZƏDƏLƏNİB

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Fənərbaxça” ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, Anderson Talişka sıradan çıxıb.

31 yaşlı futbolçu ötən gün “Fatih Karagümrük”lə keçirilən hazırlıq oyununda arxa əzələsindən zədə alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı oyunçunun nə vaxt meydanlara qayıdacağı hələlik məlum deyil.

Qeyd edək ki, Talişka ötən mövsümün yanvar ayında “Fənərbaxça”ya transfer olunub.