Fransa millisinin üzvü daha 3 il "Aston Villa"da - RƏSMİ
08.08.2025 - 16:22
İngiltərənin "Aston Villa" klubunda yeni müqavilə qeydə alınıb.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Luka Dinin sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransa millisinin üzvü ilə 3 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, "Aston Villa" Luka Dini 2022-ci ildə "Everton"dan transfer edib. 32 yaşlı sol cinah müdafiəçisi ötən mövsüm klubun heyətində 45 rəsmi oyunda iştirak edib və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0