Hoylund rəsmən “Napoli”də
01.09.2025 - 22:56

"Napoli" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Neapol təmsilçisi "Mançester Yunayted"in hücumçusu Rasmus Hoylund rənglərinə bağlayıb. Futbolçu mövsümü icarə əsasında İtaliya klubunda keçirib.
Qeyd edək ki, danimarkalı oyunçu 2023-cü ilin avqustundan "qırmızı şeytanlar"da çıxış edir. Həmçinin "Napoli" Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindən biridir.
0
0