"İnter"ə yeni prezident təyin edildi
04.06.2024 - 12:17

İtaliya A Seriya təmsilçilərindən "İnter"in yeni prezidenti məlum olub.
Apasport.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bu posta Beppe Marotta təyin olunub. 67 yaşlı funksioner 2018-ci ildən "İnter"də baş icraçı direktor vəzifəsində çalışıb.
Qeyd edək ki, "İnter" 2023/2024 mövsümündə A Seriyasının qalibi olub.
0
0