İspaniya millisinin üzvü sıx qrafikdən narazıdır
09.10.2024 - 13:36
İspaniya millisinin üzvü sıx qrafikdən narazıdır

“Əl Nəsr”in futbolçusu Aymerik Laport mətbuata açıqlama verib.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, İspaniya millisinin hücumçusu sıx qrafiklə bağlı narazılığını bildirib:

“Oyunlar çoxdur, belə olmaz. Sıx qrafikdəyik və hədsiz çox matçlar olur. Bunun qarşısını almaq üçün tətil etməliyik”.

Daha əvvəl Kevin de Bruyne, Alisson Bekker, Rodri kimi futbolçular sıx qrafikdən narazılığını bildirib.

0