Virts "Bayer"i tərk etməyə hazırlaşır
09.10.2024 - 00:10
Virts "Bayer"i tərk etməyə hazırlaşır

"Bayer"in futbolçusu Florian Virts komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, o, karyerasını digər Almaniya nəhəngində davam etdirməyə yaxındır.

Yarımmüdafiəçi "Bavariya"ya keçmək arzusundadır. Münhenlilər Virts üçün 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, onun Leverkuzen təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.

0